adalet.az header logo
  • Bakı 18°C
08 Oktyabr 2020 15:17
42394
MƏDƏNİYYƏT
A- A+

Almaxanım Əhmədlinin "Azərbaycanım" adlı diski işıq üzü görüb

AZTV-nin və Beynəlxalq Muğam Mərkəzinin solisti, gənc istedadlı xanəndə Almaxanım Əhmədlinin “Azərbaycanım” adlı diski işıq üzü görüb.

Bu barədə Adalet.az saytına xanəndənin özü məlumat verib:

“Diskdə 10 mahnı yer alıb. Tağı Sadiqin sözlərinə bir neçə bəstəkar-Rauf Məmmədov, Şəbnəm Tofiqqızı, Zamiq Əliyev və başqaları mahnı bəstələyiblər. Milli üslubda da mahnılar var. Bu gün hərbi-vətənpərvərlik mövzusuna üstünlük verərək diskin adını “Azərbaycanım” qoymuşuq.

Bu mənim ikinci albomumdur. İlk albomum 2014-cü ildə “Qarabağ” idi. Hazırkı diskə adı verilən “Azərbaycanım” mahnısında ölkəmizin tarixi keçmişi, Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin gördüyü işlər öz əksini tapıb.

Bu arada mən Azərbaycan Ordusuna, Cənab Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Məhz Ordumuzun rəşadəti, Ali Baş Komandanın uğurlu siyasi fəaliyyəti nəticəsində torpaqlarımız işğaldan azad olunur”.

Rövşən Tahir