Lənkəranda narkotacir tutuldu
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az -a bildirilib ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Sultanov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 1 kiloqram 866 qram tiryək aşkar edilərək götürülüb. Faktla bağlı təhqiqat davam etdirilir.
Digər Xəbərlər
24 Aprel 2024 11:16