adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
06 Oktyabr 2020 20:00
85154
TEXNOLOGİYA
A- A+

Azərbaycan avtomobil ixracına hazırlaşır

Hazırda, Azərbaycanda 5 növ avtomobil istehsal olunur və bu yalnız daxili bazar üçün nəzərdə tutulub.

Bu barədə "Azərmaş" Açıq Səhmdar Cəmiyyətindən açıqlama verilib.

Bildirilib ki, Azərbaycan istehsalı olan avtomobillərin Rusiyaya ixracı istiqamətində müvafiq işlər aparılır. Həmçinin, Rusiyadan əlavə ölkəmizin istehsalı olan avtomobillərin Ukrayna, Gürcüstan, Orta Asiya ölkələrinə (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan) ixracı da nəzərdə tutulur. 

Məlumatda bildirilir ki, yaxın 5 il ərzində və hətta, daha qısa müddətdə Azərbaycan istehsalı olan avtomobillərin xaricə ixracı nəzərdə tutulur. 

Qeyd edək ki, 2020-ci ilin yanvar-avqust aylarında ölkədə 1170 minik avtomobili istehsal edilib. 2019-cu ilə nisbətən 2020-ci ildə ölkəmizdə avtomobil istehsalı 21,7 faiz azalıb.