adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Oktyabr 2020 14:58
66059
TEXNOLOGİYA
A- A+

“Bakcell” orduya ümumilikdə 1,5 milyon manat ianə edib

“Bakcell” şirkəti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna daha 1 milyon məbləğində vəsait köçürüb.

Xatırladaq ki, şirkət cəbhədə Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə irəliləyən Ordumuza dəstək üçün bir neçə gün əvvəl də Silahlı Qüvvələrə Yardım Fonduna 500 min manat ianə edib.

Beləliklə, “Bakcell” tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna göstərilən maddi dəstəyin ümumi məbləği 1 milyon 500 min manat olub. Bu məbləğ fondun hesabına “Bakcell” şirkətinin daxil olduğu “NEQSOL Holding” tərəfindən ayrılmış 2,5 milyon manat məbləğində ümumi büdcə çərçivəsində köçürülüb.

“Bakcell” şirkətinin kollektivi vətən uğrunda qəhrəmancasına vuruşan xilaskar əsgərlərimiz qarşısında baş əyir və onlarla qürur duyduğunu bildirir. Sarsılmaz şücaətə malik hərbi qüvvələrimizin zəfər xəbərlərini səbirsizliklə gözləyirik. Qarabağ Azərbaycandır!

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Prezidentin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.