adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
06 Oktyabr 2020 10:16
59228
TEXNOLOGİYA
A- A+

“WhatsApp” istifadəçilərinə fırıldaqçılardan qorunmağın yolları izah edilib

“WhatsApp” profilinin sındırılması özəl həyata ciddi müdaxilədir. Başqasının hesabına daxil olmaq üçün bir çox yol bilən dələduzlar istifadəçilərə böyük zərər verə bilər.

Bu barədə “Cape Town etc” nəşrində dərc olunan məqalədə xəbərdarlıq edilib.

Bildirilir ki, istifadəçilər “WhatsApp Veb” (kompüterdəki messencer) istifadə etdikdən sonra fırıldaqçıların qurbanına çevrilməmək üçün həmişə profillərindən çıxmalıdırlar.

“Ayrıca, telefonunuzun kilidini açıq qoymaq tövsiyə olunmur. Bundan başqa, şübhəli Wi-Fi şəbəkələrinə qoşulmaqdan çəkinin”.

İstifadəçilərə tətbiq parametrlərində iki faktorlu yoxlamanı təmin etmələri də tövsiyə edilib.

“Dələduzlar hesaba giriş əldə edə biliblərsə, “WhatsApp” dəstək xidmətinə yaza və hesabı silmələrini istəyə bilərsiniz”, - deyə məqalədə əlavə olunub.

O da bildirilir ki, profil 30 gün istifadə olunmayacağı təqdirdə avtomatik olaraq ləğv ediləcək.