adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Oktyabr 2020 17:30
40563
HÜQUQ
A- A+

Kamran Əliyev: “Müharibənin əsasları və qaydaları var, Ermənistan bu prinsipləri kobud şəkildə pozur”

Müharibənin əsasları və qaydaları var, Ermənistan bu prinsipləri kobud şəkildə pozur.

Bunu Baş Prokuror Kamran Əliyev Baş prokurorluqda keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, müharibə hərbi qüvvə ilə aparılmalıdır: 

“Ermənistan mülki əhalini atəşə tutmağı dayandırmalıdır. Ermənilər ətraf rayon və şəhərlərdə dinc sakinlərə hücumu dayandırmalıdırlar. Biz bunu tələb edirik. Bu birbaşa beynəlxalq konvensiyalar və müharibə qanunlarının kobud şəkildə pozulmasıdır”.