adalet.az header logo
  • Bakı 11°C
05 Oktyabr 2020 11:41
38576
HÜQUQ
A- A+

Baş Prokurorluq: Erməni təxribatı nəticəsində 24 mülki şəxs həlak olub, 121 nəfər yaralanıb

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, sentyabrın 27-dən indiyədək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 24 mülki şəxs həlak olub, 121 nəfər yaralanıb.

Bundan başqa, 56 mülki obyekt və 306 yaşayış evi yararsız hala düşüb.