adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Oktyabr 2020 20:20
111570
KRİMİNAL
A- A+

Tbilisidə türk restoranında erməni Türkiyə vətəndaşını bıçaqlayıb

Tbilisinin mərkəzində türk restoranında iki nəfər hücuma məruz qalıb. Onlar bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Hadisənin etnik dözümsüzlük şəraitində baş verdiyi ehtimal edilir.

SOVA-nın Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, təcavüzkar saxlanılıb. Bu əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü şəxsdir. Ona ağırlaşdırılmış şəraitdə qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürülüb.

“Mtavari Arkhi” teleşirkəti xəbər verir ki, hücumda etnik dözümsüzlük əlamətləri ola bilər. Jurnalistlərin verdiyi məlumata görə, saxlanılan şəxs Ermənistan vətəndaşıdır. Zərərçəkənlərdən biri Türkiyə, digəri isə Yeni Zelandiya vətəndaşıdır.

Hücum Ermənistanla Azərbaycan arasındakı münaqişə fonunda baş verib. Türkiyə açıq şəkildə Azərbaycana dəstəyini bildirir.