adalet.az header logo
  • Bakı 19°C
02 Oktyabr 2020 21:26
44644
HÜQUQ
A- A+

Livanlı vəkil: Ermənistan prezidenti hərbi cinayətləri təşviq edir

Ermənistan prezidenti Armen Sarkisyanın digər ölkələrdən etnik ermənilərin Dağlıq Qarabağ münaqişəsinə cəlb edilməsi barədə açıqlaması hərbi cinayətdir.

Bunu Trend-ə livanlı vəkil, xarici siyasət və beynəlxalq hüquq üzrə ekspert Tarik Şandib deyib.

O vurğulayıb ki, dünya ictimaiyyəti Dağlıq Qarabağı, eləcə də Ermənistan tərəfindən işğal olunmuş digər əraziləri Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edir. Vəkil əlavə edib ki, dünya ictimaiyyəti müxtəlif ölkələrdən ermənilərin işğal olunmuş ərazilərinə gətirilməsinin qarşısını almalıdır. Hərbi məqsədlərlə Azərbaycanın ərazisinə yollanan ermənilər terrorçu kimi qiymətləndiriləcək:

“Bir daha bəyan edirəm ki, Azərbaycan xalqına qarşı cinayətlərdə adı hallanan erməni rəsmi şəxsləri beynəlxalq məhkəməyə cəlb olunmalıdır. Azərbaycan öz ərazilərini işğaldan azad etmək hüququna malikdir, prinsip etibarilə, bu, ATƏT Minsk qrupunun tələblərinə uyğundur”.