Sentyabrda valyuta hərraclarında 606,4 milyon dollar satılıb
Dövlət Neft Fondu ötən ay valyuta satışının məbləğini açıqlayıb.
Dövlət Neft Fondundan verilən məlumata görə, fond tərəfindən valyuta hərraclarında 2020-ci ilin sentyabr ayı ərzində 606,4 milyon dollar məbləğində vəsait satılıb.