adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Ova gedərkən ovlanmaq! – Deniz Zeyrek yazır

116119 | 2020-10-02 09:12

Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda düşdüyü yeni vəziyyəti ən yaxşı izah edən bu deyimdir: “Ova gedərkən ovlanmaq”.


Niyə belə düşündüyümü yazmamışdan qabaq biraz Dağlıq Qarabağı izah etmək istəyirəm.
Bilirsiniz ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Sovetlər Birliyi dağılarkən Ermənistan tərəfindən işğal edilmişdi. Hərbi qarşıdurmaların yaşandığı o illərdə Xocalı kimi şəhərlərdə böyük qətliamlara imza atılmış və 1992-ci ildə Ermənistanın da rəsmi olaraq tanıya bilmədiyi Dağlıq Qarabağ Respublikası qurulmuşdu.


SSRİ dövründə bölgəyə Nagorno Karabagh (Naqorno ruscadan “dağlıq” mənasını verir) deyildiyi üçün beynəlxalq arenada da Dağlıq Qarabağ olaraq tanınır. Ermənistan isə hakim əhalinin erməni olduğunu göstərərək bölgəni “qədim” adı olan Artsax adlandırır. Aralarında Xocalı və Şuşa kimi şəhərlərin də olduğu 7 rayonla Ermənistan arasındakı Laçın Koridoru da erməni separatçılarının nəzarəti altındadır. 
Azərbaycan və Ermənistanla birgə ABŞ, Rusiya, Fransa, Almaniya, İtaliya, Portuqaliya, Hollandiya, İsveç, Finlandiya, Belarus və Türkiyənin də üzv olduğu Minsk Qrupu 20 ildən çoxdur ki, münaqişənin həllinə çalışır. Amma çifayda…


***


1994-cü ildə əldə olunan atəşkəsdən bəri həllini tapmayan Dağlıq Qarabağ məsələsi zaman-zaman atışmalarla yadda qaldı. Ermənisyan ordusunun 2016-ci ildəki hücumundan bu yana bölgədə irili, xırdalı atışmalar davam edirdi. Dörd gün əvvəl Ermənistan ordusu yeni və əvvəlkilərlə müqayisədə daha genişmiqyaslı hücumlara başladı. 


Azərbaycan ordusu nəinki bu hücumların qarşısını aldı, hətta işğal altında olan yeddi kəndlə birlikdə bəzi strateji əhəmiyyəti vacib olan yüksəklikləri də ələ keçirtməyi bacardı.


Dağlıq Qarabağl Ermənistana bağlayan ən vacib magistral yolu görən təxminən 4000 m hündürlüyü olan Murovdağın Azərbaycan ordusunun əlinə keçməsi Azərbaycan üçün 1992-ci ildən bəri ən vacib qazanclardan biri oldu.


Qarşıdan gələn günlərdə Rusiya Ermənistanın yanında hərbi qüvvəsi ilə döyüş meydanına gəlməsə, BMT Azərbaycana sanksiya tətbiq etməsə, Azərbaycan ordusunun irəliləməyə davam etməsi ilə strateji mövqeyi vacib olan bəzi şəhərlərin işğaldan azad olunması şübhəsizdir.

***


Bəs, yaxşı, Rusiyanın üç gündür döyüş meydanına atılmaması, atışmaları yaxından izləməklə, tərəflərə “dayanın” deməklə kifayətlənməsi hansı mənaya gəlir?


Həm türk, həm azərbaycanlı, həm də qərbli diplomatlarla görüşdüm.


Ümumi olaraq Rusiyanın Qərbə yaxınlaşan və Moskvadan uzaqlaşan Ermənistan hökümətini cəzalandırmaq üçün bir müddət tamaşaçı qismində qalacağı təxminlərin ən məntiqlisidir.


Ermənistanın köhnə Sovet ölkələrinində yer aldığı Kollektiv Təhlükəsizlik Müqaviləsində də Rusiyadan gözlədiyi dəstəyi almadığı da gələn xəbərlərin içindədir. 


Bu səbəblə Azərbaycanın gələcək günlərdə yaşayış məntəqələrini geriyə çəkməsinin ən yaxşı seçim olduğu dilə gətirilir.


Qaynaqlarımdan biri Azərbaycan prezidenti İlham Əliyevin də bir müddət əvvəl ona zəng edib “atışmaları dayandırın” deyən Angela Merkel kimi qərbli liderlərə “ya Ermənistanı işğal etdiyi torpaqlardan çıxmağa razı salın, ya da bizi Ermənistanla baş-başa buraxın” deyə cavab verdiyini dedi.


***


Başqa bir azərbaycanlı qaynağım Türkiydə yanlış danışılan bəzi mövzulara diqqət çəkdi. Onları da yazım, vəssalam:


- Türkiyənin Azərbaycana suriyalı döyüşçü göndərməyi məsələsi: Azərbaycanın ən böyük qorxusu radikal İslamdır. Bakı rəhbərliyi Suriyaya döyüşmək üçün gedən radikal islamçı vətəndaşları və arvadlarını belə geri qəbul etmədi. Belə bir rəhbərlik, radikal islamçıların özləri üçün mübarizə aparsalar da, ərazilərinə girməsinin qarşısını alacaq. Hər halda, Azərbaycanın hərbi problemi yoxdur.


- Rusiyanın hər daim Ermənistanın yanında olması məsələsi: Son dövrlərdə vəziyyət dəyişdi. Rusiya Ermənistana silah, göndərir, dəstək olur, amma bununla yanaşı Azərbaycanla da münasibətlərini yaxşılaşdırır. İki ölkə arasındakı ticarət həcmi, azərbaycanlıların Rusiyadakı sərmayələri çox artıb. Böyük silah ticarəti müqavilələri imzalanıb. Azərbaycanın Gürcüstan və Ermənistandan fərqli olaraq NATO və AB ilə məsafəli davranışları da Rusiyanı məmnun edir. 


- Türkiyənin silah göndərməyi məsələsi: Türkiyə Azərbaycana hər zaman hərbi dəstək verir. Son olaraq 30 milyon dollarlıq “hibe” əvəzinə SİHAlar təslim edildiş Ancaq Azərbaycan ordusunun əsl silah tədarükçüsü Rusiya və İsraildir. Türkiyə bu iki ölkədən sonra üçüncü sıradadır. Azərbaycan ordusunun aldığı İHA və SİHAların çoxusu İsraildən alındı.


Şərait və şərtlər belədir. 


Baş verənlər bunu göstərir ki, Ermənistan bu dəfə ova gedərkən ovlandı.

 

Dilimizə uyğunlaşdıran: Eminquey

TƏQVİM / ARXİV