adalet.az header logo
  • Bakı 11°C
01 Oktyabr 2020 11:02
16730
DÜNYA
A- A+

Avropada epidemiyaya qarşı məhdudiyyətlər yenidən başlayır

Avropada koronavirusdan ölənlərin sayı gündən-günə artır. İspaniyada son 24 saat ərzində yeni tip koronavirusa 9 906 yoluxma aşkar edilib. Beləliklə, ölkədə yoluxma sayı 758 172-yə qalxıb.

Bu barədə “Haber Global” xəbər yayıb.

Bundan əlavə, COVID-19-dan ölənlərin sayının bir gün əvvəllə müqayisədə 203 nəfər artdığı görünüb. Rəsmi məlumatlara görə, son yeddi gündə epidemiyadan 443 nəfər ölüb.

Koronavirusdan ölənlərin 20 400 nəfərinin qocalar evində qalan yaşlılar olması xüsusi diqqət çəkib.