adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Oktyabr 2020 09:33
103532
MARAQLI
A- A+

Cərrah gizli şəkildə insan sümüklərindən kolleksiya toplayıb

Böyük britaniyalı cərrah Derek Makminn gizli şəkildə insan sümüklərindən kolleksiya yığıb.

Xəbəri “The Independent” nəşri yayıb.

D.Makminn siyasətçiləri, idmançıları və məşhurları müalicə etməsi ilə tanınır.

Məlum olub ki, cərrah çanaq-bud oynaqlarının protezlənməsi zamanı götürülən sümükləri öz malikanəsində və Birmenqemdə olan ofisində saxlayıb.

Maraqlıdır ki, cərrah kolleksiyanı 1990-cı illərin əvvəlindən toplayıb və sümüklərini çıxardığı xəstələrinin bu barədə fikirlərini öyrənməyib.

Cərrahın çalışdığı xəstəxanadakı həmkarları onun qəribə hobbsindən xəbərdar olub, hətta ona dəstək də veriblər.

D.Makminn bildirib ki, sümükləri təqaüdə çıxdıqdan sonra zehnini iti saxlamaq məqsədi ilə təhqiq edəcək.