İşimizlə üzbəüz binanın həyətinə düşmüşdüm, təcili bərbər axtarırdım. Bərbərin biri köçüb, qapısı bağlıdır. O birinə zəng vurdum, yemək yeyir, yarım saata boş olacaq. Olsun, bərbər adamı gözlədər də, nə var ki burda?! Ümidim üçüncüyə qalmışdı.
- Rəşad usta hardadır?
- Könüllü müharibəyə gedib!
Eşidən kimi duruxdum. Qismətdə bu da varmış. "Bərbər hardadı? Könüllü müharibəyə gedib"...