adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Sentyabr 2020 13:28
19187
GÜNDƏM
A- A+

Mixail Qalustyan Murad Ariflə yazışdı: "İtkilərinizə görə sizə başsağlığı verirəm" 

Rusiyanın erməni əsilli komediya aktyoru, şoumen Mixail Qalustyan instagram səhifəsində izləyicilərini çaşdırmaq məqsədilə yazır ki, guya Azərbaycan tərəfi erməni əhalisinə qarşı aqressiya tətbiq edir və ermənilər cavab tədbirləri görmək məcburiyyətindədir.

Azərbaycanlı ifaçı, bəstəkar Murad Arif Qalustyanın paylaşımına cavab yazmağı özünə borc bilib. O, Ermənistanı işğalçı və aqressor adlandıraraq erməni şoumenə Xocalı soyqırımını xatırladaraq erməniləri “böyük qardaş”larından asılı olmaqda ittiham edib.

Bundan sonra Qalustyan Murad Arifə şəxsi mesaj göndərərək şəxsi münasibətləri aydınlaşdırmaq fikri olmadığı üçün onun paylaşımlarına açıq münasibət bildirməməsini xahiş edib. Murad Arif Qalustyana bu cür paylaşımlardan istifadə etməmişdən öncə münaqişənin detallarını və Qarabağ tarixini öyrənməyi tövsiyə edib.

O, bildirib ki, Ermənistan Dağlıq Qarabağı və onun ətrafında olan 7 rayonu işğal edib. Murad Arif bu işğalla bağlı həmçinin BMT-nin 4 qətnaməsini xatırladıb.

Qalustyan cavab olaraq bildirib ki, onun tövsiyələrinə əməl edərək məsələni öyrənəcək. O, artistlərin bu məsələni həll etmək gücünün olmadığını və problemin beynəlxalq səviyyədə həll olunaraq sülh əldə olunmasını istədiyini deyib.

Murad Arif ona bir daha xatırladıb ki, Qarabağ müharibəsində iki böyük qardaşını itirib, həmçinin milyonlarla qaçqın və məcburi köçkün üç onillikdir ki, öz doğma torpaqlarına qayıda bilmir.

Qalustyan itkilərə görə Murad Arifə başsağlığı verib.

Eminquey