adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Sentyabr 2020 12:59
27460
GÜNDƏM
A- A+

Düşmənin əks-hücum cəhdi dəf edildi: Ermənilərin meyitləri döyüş meydanında qaldı

“Düşmənin əks-hücum cəhdi dəf edilib”.

Adalet.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli kəndi istiqamətindən üzbəüz mövqelərimizə basqın etməyə cəhd göstərən Ermənistan ordusunun hərəkətinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb və düşmən geri çəkilməyə məcbur edilib.

V.Dərgahlı qeyd edib ki, geri çəkilərkən məhv edilmiş erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb.