adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
29 Sentyabr 2020 12:19
31717
ANALİZ
A- A+

Ermənilər Xankəndindən qaçırlar

Rusiyanın "İzvestiya" qəzetinin müxbirinin verdiyi məlumata görə, Dağlıq Qarabağın Xankəndindən (Stepanakert) əhalinin kütləvi köçürülməsinə başlanılıb. 

Müxbirin xəbərinə görə, əhali kütləvi şəkildə Ermənistana göndərilir.

"Köçürülən adamların böyük əksəriyyətinin Ermənistanda qohum-əqrəbası yoxdur və onlar orada heç kimi tanımır. Amma bildirirlər ki, onları orada mütləq qarşılayacaqlar. Yerəvan hakimiyyəti bunu təşkil edəcək. Polis avtobuslar çatmadığı üçün yol maşınlarını saxlayır və ailələri onların vasitəsilə Yerəvana göndərir",-deyə müxbir bildirib.

Azərbaycan Ordusu Fizuli istiqamətindən hücumları davam etdirir. Bu gün səhər Stepanakertdə hava həyəcanı verilməsinə baxmayaraq gözlənilən artilleriya atəşi baş verməyib.

Rüstəm Hacıyev

Digər Xəbərlər