adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Sentyabr 2020 12:04
47427
HADİSƏ
A- A+

Ermənilərin hərbi obyektləri darmadağın edilib - YENİLƏNİB

Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı davam edir.

Adalet.az-ın məlumatına görə, bunu bu gün mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, düşmən Azərbaycanın Daşkəsən rayonu ərazisində yaşayış məntəqələrini atəşə tutub: "Ordumuzun döyüş əzmi yüksəkdir. Silahlı Qüvvələrimizin əks-hücum həmləsi nəticəsində Ermənistan Silahlı Qüvvələrinin çoxlu sayda canlı qüvvə və texnikaları məhv edilib. Düşmən Daşkəsən rayonu ərazisində yasşayış məntəqələrini atəşə tutmaqda davam edir. Bununla bağlı adekvat tədbirlər görüləcək".

A.Eyvazov bildirib ki, Ordumuzun əks-hücum əməliyyatı davam edir: "Azərbaycan Ordusunun apardığı əks-hücum nəticəsində düşmənin atəş nöqtələri və digər hərbi obyektləri dağıdılıb. Erməni bölmələrinin bütün təxribatlarının qarşısı alınır. Ağdərə istiqamətində düşmən bölmələrinə ağır zərbələr endirilib. Düşmən geri çəkilib. Düşmənin Ağdərə istiqamətində yerdəyişmə etməsi zamanı 1 tank, bir hərbi avtomobil, Füzuli rayonunda dəqiq atəşlə 4 tank məhv edilib. Ermənilərin 3-cü "Martuni" motoatıcı alayı darmadağın edilib, ermənilər meyitləri daşımağa nəqliyyat vasitəsi üçün əhaliyə müraciət edib".