adalet.az header logo
  • Bakı 7°C
29 Sentyabr 2020 10:37
245480
ŞOU-BİZNES
A- A+

“Kardaşyan poz verməklə məşğul olsun” – Şillə kimi cavab

Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətlə bağlı Amerikalı porno ulduz Kim Kardaşyan da qalmaqallı paylaşım edib. Erməni əsilli Kim Kardaşyan Azərbaycanı günahlandırması azmış kimi tərbiyəsizcəsinə Türkiyəni də qınayıb. O, ermənilərin Qarabağda təcavüzə məruz qaldığını iddia edib.

Əvvəla qeyd edim ki, BMT Nizamnaməsinin 51-ci maddəsi ilə Azərbaycan öz ərazilərini işğaldan azad etmək hüququna malikdir. Bu erməni əsilli porno ulduz utanmazcasına ermənilərin təcavüzə məruz qaldığını necə vurğulaya bilər? İllərdir, ermənilərin işğalı altında qalan ərazilərimiz bizim əzəli ata-baba torpaqlarımızdır. İndi bir erməni fahişəsi çıxıb iddia edir ki, ermənilər təcavüzə məruz qalıb. Amerikada oturub BMT kimi ali bir qurumun Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrdən xəbərsiz olan Kim Kardaşyan yəqin ki, ermənilərin təcavüzə məruz qalmasını qeyd edərkən və bu məsələdə qardaş Türkiyəni də qınayarkən bir məsələni diqqətdən qaçırmışdır ki, erməni vandalizminin mahiyyəti dünyaya bəllidir. Zaman-zaman etibarilə üst qurumlar çərçivəsində Ermənistan tərəfindən Azərbaycanının mədəni irsinin məhv edilməsi, dinc əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı  qəbul edilmiş qətnamələri nəzərdən keçirməsi kifayətdir ki, Kim Kardaşyan ağzını bağlayıb ermənilərin “NAMUS, QEYRƏT NÜMUNƏSİ” olaraq Amerikada yalnız poz verməklə məşğul olsun.

Bu gün ermənilər tərəfindən dinc əhalinin ağır artilleriya qurğularından atəşə məruz qalması beynəlxalq hüququn başqa bir prizmada kobudcasına pozulmasıdır. Azərbaycan və Ermənistan dövlətlərinin hər ikisi 1949-cu il “Müharibə qurbanlarının beynəlxalq hüquqi müdafiəsi haqqında” beynəlxalq konvensiyanın iştirakçısıdır. Ermənistan tərəfindən konvensiyanın müdddəaları kobud şəkildə pozulur. Bu gün mülki əhaliyə qarşı törədilənlər cinayətdir. Mülki əhalinin silahlardan atəşə tutulması, şəxslərin vurulması Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır. Beynəlxalq humanitar hüquq müharibə dövründə insan hüquq və azadlıqlarını müdafiə edir, müharibə aparılmasının metod və vasitələrini məhdudlaşdırır, onları reqlamentləşdirir.

Məsələnin digər bir aspekti isə odur ki, müharibə gedə-gedə Livandan və başqa ölkələrdən ermənilər Azərbaycan torpaqlarına yerləşdirilir. Bu da beynəlxalq hüququn daha bir müstəvidə kobudcasına pozulmasıdır.

Bütün bunların fonunda erməni əsilli fahişə çıxıb necə iddia edə bilir ki, ermənilər təcavüzə məruz qalır? Qardaş Türkiyənin xəbər aparıcısı Ece Ünerin də dediyi kimi, Kardaşyanın kameralara göstərməyə öyrəşmiş olduğu və bilavasitə bizim də yaxından tanıdığımız böyük bir mənbəyi var. Çıxışlarını edərkən bu mənbəyəmi istinad etdi, görəsən?

Rövşən Tahir