adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Sentyabr 2020 09:16
18521
DÜNYA
A- A+

Türkiyəli nazir: “Hər cür yardıma hazırıq”

Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev ilə türkiyəli həmkarı Fahrettin Koca arasında telefon danışığı olub.

Adalet.az xəbər verir ki, bu barədə türkiyəli nazir “Twitter” hesabında məlumat paylaşıb.

O, Ermənistanın hücumu nəticəsində ölənlərə görə azərbaycanlı həmkarına başsağlığı verib: “Qardaş Azərbaycan xalqının yanındayıq. Hər cür tibbi ehtiyaclarında yardıma hazırıq”.