adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Sentyabr 2020 22:36
36707
İDMAN
A- A+

"Qalatasaray"ın Avroliqa oyununa hakim təyinatları açıqlandı

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Reyncers" - "Qalatasaray" oyunu üçün hakim təyinatları açıqlanıb.

Adalet.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Latviya Futbol Federasiyasından Andris Treimanis idarə edəcək. Ona həmyerliləri Haralds Gudermanis ve Alekseys Spasyonnikovs  köməklik edəcək. Dördüncü hakim funksiyasını Aleksandr Qolubevs yerinə yetirəcək.

Qeyd edək ki, sözügedönə görüş oktyabrın 1-i keçiriləcək.

Xatırladaq ki, "Qalatasaray" "Neftçi"yə 3:1 hesabı ilə qalib gələrək pley-offa yüksəlib.