adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Sentyabr 2020 16:01
12324
GÜNDƏM
A- A+

BÜTÜN BEYNƏLXALQ TƏŞKİLATLAR TUMANLARINI BAŞLARINA KEÇİRİB

Azərbaycanın  bütün cəbhə boyu həyata  keçirdiyi  əks-hücumla  Ermənistan  ordusunu  geri  oturtması və torpaqlarımızı geri qaytarması beynəlxalq təşkilatları  çox bərk narahat edib. Hamısı  bəyanat  verir ki,  döyüşləri  saxlayaq və danışıq stolu arxasında oturaq.

Əvvəla, 27 ildir danışırıq  və danışmaqdan  çənəmiz ağrıyır.

İkincisi, Ermənistan  ordusu Azərbaycan xalqının dinc əhalisini  qıranda, soyqırım  törədəndə harda  sülənirdiniz, niyə  səsiniz  çıxmırdı?  Eləcə də Qarabağ ərazisində deyil, Tovuzla sərhəd  bölgəsində kəndlərimizi  atəşə  tutanda niyə bir  bəyanat  vermirdiniz ki, Ermənistan, atəşi saxla?

İndi bizim zəfər   yürüşlərimizi görüb tumanınızı başınıza  keçirirsiniz.

Təkcə iki gündə  rəsmi  məlumata görə, Azərbaycanın 6 nəfər  dinc əhalisi həlak olub, 19 nəfər  yaralanıb,   onlarla evə də  zərər dəyib və sair və ilaxır.

Ən pisi  bu oldu ki, ATƏT-in harınlamış həmsədrləri belə getsə, ac qalacaq.