adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Sentyabr 2020 14:20
27799
DÜNYA
A- A+

 Paşinyan, yeyəndə elə ye ki...

Yadınızda olar: Ötən ilin may ayında erməni mediası və sosial şəbəkə istifadəçiləri Ermənistanın Baş Naziri Nikol Paşinyanın Şuşa şəhərinin işğalı şərəfinə düzənlənən mərasimdəki görüntülərini yaydı. Görüntülərdə N. Paşinyanın əvvəlcə işğal şərəfinə şərab içməsi, daha sonra isə Şuşada Azərbaycan xalq mahnısına oynayan ermənilərə qoşulub yallı getməsi kadrları yer alıb. Yəni o bu hərəkətləri ilə bəyan edirdi ki, "mən belə hesab edirəm ki, biz buranı işğal etmişik və bu bizim növbəti böyük Ermənistan yaratmaq planımızın bir hissəsidir, Dağlıq Qarabağı da öz ərazimiz hesab edirik və yaxşı edirəm gəlib-getməklə".

 Həmin videogörüntülər Azərbaycan xalqının səbr kasasını daşdıran nüanslardan biri kimi qisas yaddaşına yazıldı.  Paşinyanın planlaşdırılmamış, Azərbaycan dövlətinin və ordusunun gücü anlamamadan belə dekanstruktiv hərəkətlərə yol verdi.  Bu gün isə etdiyi yalnışlıqlarının hesabını bir-bir verməkdədir.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatları artıq 2-ci gündür ki başlayıb. Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür.Qələbə xəbərləri ard-arda gəlir.

 Paşinyan isə  növbəti özbaşnalığının “mənəm-mənəm”liyinin cəzasını çəkir, həm işğalçı ordusu, həm qondarma “Qarabağ Respublikası” , həm də o ərazilərə yerləşdirilmiş livanlı- suriyalı əcnəbiərlə birgə Azərbaycan xalqının, Azərbaycan ordusunun və nəhayət Haqq olan Allahın qarşısında cavab verəcək. O gün bu gündür! 

 Dövlətimizin-ordumuzun qarşısında çarəsiz duruma düşən Ermənistan dövləti və  Ermənistanın simasında baş nazir Nikol Paşinyan  hətta işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaşayan erməni əhaliyə çağırış edərək, Ermənistana qaçmağı məsləhət gördü. 
 Bir gözüm Müdafiə Nazirliyinin qürur hissimizi göylərə qaldıran açıqlamalarında ola-ola bizə çəkdirdiyin dağlardan daha çox yazmaq istərdim. Amma yazmıram, çünki növbəti xəbərə o qədər sevinirəm ki, sənin kimi pisliyin etdiyi bədxahlıqları unuduram!
 Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı!  
 
 Əntiqə Rəşid