adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Sentyabr 2020 12:39
19864
MƏMLƏKƏT
A- A+

Bu gündən şəhərlərarası ictimai nəqliyyat 20:00-a qədər işləyəcək

Azərbaycan ərazisində hərbi vəziyyət elan olunması ilə əlaqədar bu gündən şəhərlərarası ictimai nəqliyyat saat 06:00-dan 20:00-a qədər fəaliyyət göstərəcək.

Adalet.az-ın məlumatına görə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) məlumat yayıb:

"Məqsəd odur ki, ictimai nəqliyyat vasitələrinin sürücüləri idarə etdiyi nəqliyat vasitələrini qarajlara qoyduqdan sonra evlərinə çata bilsinlər”

Xatırladaq ki, bu gündən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-a qədər komendant saatı tətbiq edilib.