adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Sentyabr 2020 11:55
14696
SİYASƏT
A- A+

Azərbaycan XİN ölkədəki diplomatik korpusa müraciət edib

Dünən Xarici İşlər Nazirliyində diplomatik nümayəndələrlə görüş keçirilib.

Adalet.az-ın məlumatına görə, bunu bu gün Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, görüşdə hadisə barədə diplomatik korpusun nümayəndələrinə məlumat verilib: "Eyni zamanda Azərbaycanın başqa ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinə göstəriş verilib ki, erməni təxribatları barədə məlumatlar verilsin. Biz Azərbaycanda akkreditasiya olunan səfirlik nümayəndələrindən xahiş edirik ki, bu hadisələr obyektiv qiymətləndirilsin".