adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Sentyabr 2020 15:26
21329
SİYASƏT
A- A+

Siyasi partiyalar erməni təxribatı ilə bağlı bəyanat YAYDI

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat verib.

Adalet.az-a daxil olan bəyanatda deyilir:

“Sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan silahlı qüvvələrin genişmiqyaslı təxribat törədərək, iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutuması nəticəsində Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini mülki əhali və hərbi qulluqçular arasında həlak olanlar və yaralılar var.

Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalinin yaşadığı kəndləri və infrastrukturları hədəf kimi seçərək ağır silahlarla bombalaması beynəlxalq hüquqa ziddir və qarşısı qətiyyətlə alınmalıdır.

Ermənistan 30 ilə yaxındır ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar olsun ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Azərbaycana gəldikdə isə qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşma qəbuledilməzdir.

Ermənistan hökuməti 30 ildir davam edən münaqişənin həll edilməsində maraqlı deyildir. Ermənistanın siyasi hakimiyyəti daxili siyasətdə yaşadığı sosial-iqtisadi problemləri, epidemoloji vəziyyətin gətirdiyi sosial çətinlikləri həll etməkdə acizdir. Ermənistan hökuməti vətəndaşlarının diqqətini bu problemlərdən yayındırmaq, daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədi ilə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur.

Ermənistan Baş nazirinin militarist bəyanatları, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi müzakirələrində konstruktiv mövqe nümayiş etdirməməsi, “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanatları müzakirələrin önünü kəsən amillərdir. Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır.

Ermənistan Azərbaycanın qondarma “Dağlıq Qarabağ Respublikası” ilə müzakirə aparmasını istəyir. Ali Baş Komandan bunu qətiyyətlə rədd edir və  bu təkliflə ATƏT-in Minsk qrupu da razılaşmır.  2016-cı il aprel və 2020-ci il iyul aylarında Ermənistanın atəşkəsi pozmasından sonra yaşanan hadisələrdə Azərbaycan Ordusunun vurduğu sarsıdıcı zərbələr nəticəsində Ermənistan ordusu məğlubiyyətə uğradıldı. Ermənistanın məğlubiyyəti ona dərs olmalıdır. Ali Baş Komandan dəfələrlə bildirib ki, bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur.

Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması sadəcə bölgənin deyil, beynəlxalq aləmin də təhlükəsizliyini ciddi şəkildə təhdid edir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik missiyası olan ATƏT-in Minsk qrupu, beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasəti qarşısında səssiz qalmamalı, dərhal siyasi və hüquqi tədbirlər görməlidir.

Azərbaycanda fəaliyyət göstərən və bu bəyanatı imzalayan siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və onun yanında olduğunu bildirir!

Belə mürəkkəb şəraitdə ölkəmizin bütün vətəndaşlarını və dünya azərbaycanlılarını bir daha milli birliyə və vəhdətə səsləyir, hər kəsi Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılmasına töhfə verməyə, beynəlxalq ictimaiyyəti isə Azərbaycanın həm tarixi həqiqətlər, həm də beynəlxalq hüquqla dəstəklənən haqq mübarizəsinə biganə qalmamağa çağırırıq.

 1. Yeni Azərbaycan Partiyası – Əli Əhmədov

 2. Vətəndaş Həmrəyliyi Partiyası – Sabir Rüstəmxanlı

 3. Ana Vətən Partiyası – Fəzail Ağamalı

 4. Böyük Quruluş Partiyası – Fazil Mustafa

 5. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – Qüdrət Həsənquliyev

 6. Demokratik İslahatlar Partiyası – Asim Mollazadə

 7. Vəhdət Partiyası – Tahir Kərimli

 8. Vətəndaş Birliyi Partiyası – Sabir Hacıyev

 9. Azərbaycan Demokratik Maarifçilik Partiyası – Elşən Musayev

 10. Milli Cəbhə Partiyası – Razi Nurullayev

 11. ReAL Partiyası – İlqar Məmmədov

 12. Azərbaycan Ümid Partiyası – İqbal Ağa-zadə

 13. Milli Dirçəliş Hərəkatı Partiyası – Fərəc Quliyev

 14. Azərbaycan Demokrat Partiyası – Sərdar Cəlaloğlu

 15. Azərbaycan Xalq Partiyası – Pənah Hüseyn

 16. Ədalət Partiyası – İlyas İsmayılov

 17. Klassik Xalq Cəbhəsi Partiyası – Mirmahmud Fəttayev

 18. Azərbaycan Demokratlar Partiyası – Sülhəddin Əkbər

 19. Azərbaycan Liberal Partiyası – Əvəz Temirxan

 20. Azərbaycan Milli İstiqlal Partiyası – Arzuxan Əlizadə

 21. Aydınlar Partiyası – Qulamhüseyn Əlibəyli

 22. Azərbaycan Respublikaçılar Partiyası – Sübut Əsədov

 23. Azərbaycan Sosial Demokrat Partiyası – Araz Əlizadə

 24. Azərbaycan Sosial Rifah Partiyası – Əsli Kazımova

 25. Böyük Azərbaycan Partiyası – Elşad Musayev

 26. Milli Vəhdət Partiyası – Yunus Oğuz

 27. AĞ Partiya – Tural Abbaslı

 28. Müasir Müsavat Partiyası – Hafiz Hacıyev

 29. Azərbaycan Liberal Demokrat Partiyası – Fuad Əliyev

 30. Azərbaycan Yurddaş Partiyası – Mais Səfərli

 31. Azadlıq Partiyası – Əhməd Orucov

 32. Azərbaycan Naminə Alyans Partiyası – Abutalıb Səmədov

 33. Azərbaycan Azad Respublikaçılar Partiyası – Kamil Seyidov

 34. Cümhuriyyət Xalq Partiyası – Bədrəddin Quliyev

 35. Demokratik Azərbaycan Dünyası Partiyası – Əlisahib Hüseynov

 36. Yeni Zaman Partiyası – Musa Ağayev

 37. Vətəndaş və İnkişaf Partiyası – Əli Əliyev

 38. Azərbaycan Xalq Demokratik Partiyası – Rafiq Turabxan

 39. Azərbaycan Kommunist Partiyası – Hacı Hacıyev və Rauf Qurbanov

 40. Milli Konqres Partiyası – İxtiyar Şirinov

 41. Müstəqil Xalq Partiyası – Əflan İbrahimov

 42. Vahid Azərbaycan Milli Birlik Partiyası – Hacıbaba Əzimov

 43. Azərbaycan Milli Demokrat Partiyası – Tufan Kərimov

 44. Azərbaycan Təkamül Partiyası – Teyyub Əliyev

 45. Birlik Partiyası – Xudadat Xudiyev

 46. Gələcək Azərbaycan Partiyası – Ağasif Şakiroğlu

 47. Azərbaycan Milli Hərəkat Partiyası – Samir Cəfərov

 48. Azərbaycan Mübarizləri Partiyası – Ağadur Müslümov

 49. Qorqud Partiyası – Firudin Kərimov

 50. Milli Demokrat İdrak Partiyası – Osman Əfəndiyev