adalet.az header logo
  • Bakı 12°C
27 Sentyabr 2020 14:46
14605
GÜNDƏM
A- A+

Hikmət Hacıyev: Ermənilər sosial şəbəkələrdə köhnəi dövrə aid kadrlar yayır

Ermənistan sosial şəbəkələr üzərindən təxribatçı məlumatlar və dezinformasiya yayır. Buna görə də internet şəbəkəsində müəyyən məhdudiyyətlər var.

Adalet.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev vurğulayıb ki, ermənilər hətta əvvəlki dövrə aid kadrları yayır ki, bu da heç bir həqiqəti əks etdirmir. PA rəsmisi əhalini diqqətli olmağa, bu cür dezinformasiyalara inanmamağa və rəsmi məlumatları izləməyi tövsiyə edib.