adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Sentyabr 2020 13:17
15625
SİYASƏT
A- A+

Litva və Latviya XİN rəhbərlərindən Qarabağ çağrışı

Litva və Latviyanın Xarici işlər nazirləri Linas Linkyaviçyus və Edqars Rinkeviçs Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar narahatlıqlarını ifadə edib.

Adalet.az xəbər verir ki, bu barədə XİN rəhbərləri "Twitter" səhifələrində paylaşım edib.

Litvalı nazir iki ölkədə həyəcanlı hadisələri diqqətlə izlədiklərini yazıb: "Mən qətiyyətlə gərginliyin azaldılmasına çağırıram. Sülh yolu yeganə mümkün həll yoludur".

Latviya XİN rəhbəri də Dağlıq Qarabağda qoşunların təmas xəttində həyəcan doğuran hadisələrin baş verdiyini vurğulayıb:

"Mən Ermənistanı və Azərbaycanı gərginliyi azaltmağa, mövcud vəziyyəti siyasi dialoq yolu ilə tənzimləməyə çağırıram".