adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Sentyabr 2020 13:09
16010
DÜNYA
A- A+

"Türkiyə bütün gücü ilə Azərbaycanın yanındadır" - Mustafa Şentop

Dinc əhaliyə qarşı son hücumlar göstərdi ki, Ermənistan yalnız Azərbaycan üçün bir təhdid deyil, bütün bölgədə sülhə təhlükə yaradan islaholunmaz bir terror dövlətidir.

Adalet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ermənistanın cəbhə xəttində törətdiyi genişmiqyaslı təxribatla bağlı açıqlamasında deyib.

Şentop əlavə edib ki, nəticələrə görə yalnız Ermənistan özü məsuliyyət daşıyır.: "Türkiyə bütün gücü ilə Azərbaycanın yanında durmağa davam edəcək".