adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Sentyabr 2020 10:01
19690
SAĞLAMLIQ
A- A+

Alimlər koronavirusdan ölüm ehtimalını azaldan amili açıqladı

Boston Universitetinin Tibb Məktəbinin alimləri müəyyən ediblər ki, qanında D vitamininin miqdarı normal səviyyədə olan COVID-19 xəstələri arasında ölüm və ağır halların səviyyəsi daha aşağıdır.

Bu barədə “PLOS ONE” jurnalı yazıb.

Araşdırma müəllifləri bildiriblər ki, 40 yaşdan yuxarı və qanında normal səviyyədə D vitamini olan xəstələr arasında ölüm ehtimalı sözügedən vitaminin çatışmazlığı olan xəstələrlə müqayisədə 51.5 faiz aşağıdır.

Araşdırma sübuta yetirib ki, D vitamininin kifayət qədər olması mümkün fəsadların və yekun nəticədə ölüm hallarının qarşısını almağa yardım edir.