adalet.az header logo
  • Bakı 18°C
26 Sentyabr 2020 20:00
103465
KRİMİNAL
A- A+

Astarada evə basqın edən maskalı şəxslər saxlanılıb

Astaranın Təngərüd kəndində yaşayan S.Abdullayevin evinə silahlı basqın edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 17-də saat 3 radələrində evə daxil olan üç maskalı şəxs S.Abdullayevin atası, oğlu və həyat yoldaşına bıçaqla xəsarətlər yetiriblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əzizov və Astara rayon sakini, əvvəllər məhkum olunmuş F.Əliyev saxlanılıblar.

Şəxsi axtarış zamanı E.Əzizovdan bir ədəd bıçaq aşkar edilərək götürülüb.