adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Sentyabr 2020 13:54
16983
GÜNDƏM
A- A+

Artıq psixoloji savaş başlayıb - Səxavət Məmməd yazır

Artıq psixoloji savaş da başlayıb. Bu gün bir neçə yerdə Türkiyə türkcəsində müharibənin olacağı, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə başlayacağı, bu ərəfədə Rusiyanın Azərbaycanın şimalından hücuma keçəcəyi, torpaqlarımızı işğal edəcəyi, Türkiyənin köməyə gəlməyəcəyi, Azərbaycanın təslim olub, ərazi itirəcəyi videolarla tirajlanır.

Bunun adı psixoloji savaşdır. İnsanların beyninə qurd salmaqdır. Bu tip videoların sayı çoxalacaq. Beyninizin qarışmaması üçün baxmayın, baxsanız da, anlayışlı olun, nəyə hesablandığını bilin.

Psixoloji və informasiya savaşı şiddətlənəcək, hər eşitdiyizə, baxdığınıza inanmayın.

Zamanında bunun acısını yaşamışıq. O vaxt Ağdamda belə şaiyələr yayılmışdı ki, ermənilər 2 günlük Ağdama girib çıxacaq. Uşaq olsam da, hamısı xatirimdədir. Qarğar çayının kənarında alaçıqlar qurub, insanlar 2 günü gözlədilər, iki günü 20 gün edənlər də oldu.

Dövlət qurumları da, bəyanatlarla kifayətlənməməlidir. Maarifləndirmə şərtdir. Əks hücumsa lazımdır, vacibdir.