adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Sentyabr 2020 13:48
30202
ELM VƏ TƏHSİL
A- A+

Vaqif Qarayev: Niyə qabiliyyətli uşaqlar diplomu alan kimi xaricə qaçır?

Ali məktəblərə qəbul olanları və valideynlərini təbrik elədik...uşaqlar üçün qeyri-adi hissidr....anlamaq olar

İndi qaldı yeni bilik və savad almaq...olacaqmı? Xüsusilə yüksək bal yığanlar sonra ümid qırıqlığı yaşayırlar...gözlədikləri biliyi ala bilmədiklərinə görə...

Tibb Universitetində təhsil haqqı 4.500 manatdır..6 ilə 27.000 manat! Bu qədər pul verməyə dəyərmi?Dəyərsə niyə qabiliyyətli uşaqlar diplomu alan kimi xaricə qaçır?Diplomdan sonrakı təhsil üçün! Oxuyub orda da qalırlar...çünki biliklərinə uyğun qazancları olmur ölkədə..

Bir məsələyə toxunum...bizdə Seçenov adına Tibb Universitetinin Bakı filialı var...Rusiyadan gələnlər dərs deyir orda....əgər filial açmaq mümkünsə, niyə Türkiyənin bir universitetinin filialını açmayaq? Hocaları da türk alimləri olsun...gənclər sonra təhsil dalınca Türkiyəyə getməsin, öz evində-eşiyində qalsın...Özümüzdə də qabiliyyətli həkimlər var...onları bu filiala cəlb eləmək olar....tədris üçün...