adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

NEKROFİLİYA...

İRADƏ TUNCAY
48386 | 2012-08-18 09:22

2011-ci ilin martında Yaponiyada dəhşətli zəlzələ və ardıyca sunami fəlakəti yaşandı.Yadınızdadı yəqin - dalğalar təyyarələri, maşınları, evləri süpürüb aparırdı... İlk dəqiqələrdə tam təsadüfən çəkilən həmin görüntülərdən sonra nə bir şəkil, nə bir video görüntü olmadı. Qəti qadağan olundu - MİLLƏTİN RUHUNU QIRMAMAQ ÜÇÜN!!! Başqa ölkələrdə miskin yapon obrazı yaratmamaq üçün. Yaponlar nüvə fəlakəti yaşamış ölkədi, onlar ümummilli dərdin nə olduğun bilirlər. Və həm də bundan cıxmağın düsturun da tapıblar - heç nəyə baxmadan çalışmaq, birinci olmağı bacarmaq... Yaponiya heç kimə meyit şəkilləri göstərmədən bir ilin içində aradan qaldırdılar fəlakətin nəticəsin. Nekrofiliya yoxdu bu millətdə...
   
   Heç kim fəlakətdən sığortalanmayıb, nə şəxsi, nə təbii... 2000-ci ildə Bakıda da yaşandı... Sovet hökumətinin tikdiyi evlər tab gətirdi, bundan sonra necə olacaq deyə bilmərəm - amma sözüm bu deyil... Elə bil yarışmadı - kim daha cox körpə uşaq meyiti göstərib ahh çəkəcək... Bunlar insan psixologiyasına əməlli təsir edir. Onsuz da ilin bütün günləri matəmlə əlaqəli keçir. BU GÜN NƏ GÜNÜDÜ -FLAN ŞƏHƏRİN İŞĞAL GÜNÜ -ŞAXSEY, VAXSEY... BU GÜN NƏ GÜNÜDÜ MART SOYQIRIMI -SİNƏ DÖYÜRÜK, BU GÜN NƏ GÜNÜDÜ -HƏR NƏ GÜNÜSƏ AĞLAMAQ LAZIMDI.... TAMAM -AĞLA GÜLÜM, AĞLA (((... Belə olmaz axı... Yalandan üz cıra-cıra, ağlaya-ağlaya AGLAR günə qalmışıq. Bəsdi də bu avanturistlərin ardınca sürünmək... Hərə başına bir qara örtüb dərs keçir millətə... Bizdən əvvəl deyiblər də AĞLADIQCA KİŞİ QEYRƏTSİZ OLUR, NECƏ Kİ AĞLADI İRAN OLDU. Qüdrətli dövlətdi İran, nüvə silahı var, vətəndaşına sahib cıxa bilər. O dagılan evlər bir təpikdən də dağıla bilərdi, heç zəlzələ lazım deyildi ki... Evlərini möhkəm tiksinlər - zəlzələ zolağında yaşayırlar... Bizim onsuz da sınmış ruhumuza bele psixoloji zərbələrlə təsir etmək lazım deyil... Kim nəyə yardımçı olubsa sərgiləmir, kimsənin də gözünə soxmur... Humanitar yardım başqasının günün qara eləmək deyil... Qarğış töküb, söyüş söymək də deyil...
   
   Belə fəlakətlər sadəcə bir qisim adama gündəmə gəlmək ehtimalı yaradır, olay bu...g

TƏQVİM / ARXİV