adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
25 Sentyabr 2020 15:57
142307
MƏMLƏKƏT
A- A+

Ağır xəstə olan Qarabağ qazisinin hesabına pul keçirəcəyini deyən Ramindən DƏLƏDUZLUQ

Erməni terror qrupları yurdumuza hücum edərkən, sadə vətəndaşlarımıza qarşı qətillər törədərkən ilk ayağa qalxan silaha sarılan igid oğullarımız oldu. Onlar ömürlərinin ən gözəl dövrlərini-gəncliyini düşmənlə müharibəyə sərf etdilər, sağlamlıqlarını itiriblər. Bütün ömrlərini şikəst olaraq, yarımcanları ilə başa vurmaq məcburiyyətindədirlər. Buna görə də, xalqımız hər zaman belə oğullara minnətdardır.

Amma bəzən elə insanlar olur ki,  vətən uğrunda canını fəda etmiş belə igidləri incidir, onların çarəsiz durumundan istifadə edərək erməniyə məxsus xislətlərini ortaya qoyur.

 Bu gün  Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf Fondunun sədri, II dərəcəli qazi  Ədalət Məhərrəmov Adalet.az redaksiyasına gələrək  hər kəsdə dərin təəssüf hissi yaradacaq bir məlumatı bizimlə bölüşdü.

Ə. Məhərrəmov bildirdi ki,  Qarabağ qazisi Aris Məmmədovun səhhətində böyük problemlər aşkar edildi. Müayinələr üçün onu Türkiyənin Gülhanə hospitalına göndərilməsi məsləhət görüldü. Təbii ki, orda müayinə olunmağa Arisin  maddi imkanı çatırmadı. Qazinin döyüş dostları, silahdaşları yığışıb həmin məbləği   təşkil etdi. Buna görə, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Ictimai Birliyini sədri Mehdi Mehdiyevə və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənliyə  xüsusi təşəkkurümü bildirirəm.

 Ötən gün A. Məmmədovun telefonuna özünü Ramin adı ilə təqdim edən ( +994 55 732 45 15 tel. nömrəsi ilə zəng vurub  və hazırda həmin nömrə aktiv deyil.) bir şəxs ondan hesab nömrəsini və kartını istəyib. Qazimiz onu dost insan hesab edərək hər iki hesab nömrəsini verib. Ramin həmin  kartlardan 17 manat çəkib və  Arisin sayıqlığı nəticəsində dələduz Ramin böyük pullar çıxarmağa müvəffəq  olmayıb.

Ədalət Məhərrəmov daha sonra qeyd edib ki, qazi qardaşımıza qarşı olan bu dələduzluq olayı, xəstənin pulunun oğrulaması hamımızı çox incitdi:” Sizin qəzet vasitəsi ilə Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarına müraciət edirik: Cənab Nazir, saxtakar Raminin tapılıb cəzalandırılmasını  Sizdən xahiş edirik!”

 Qeyd edək ki, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (QMƏVŞAİB) sədr müavini Ariz Məmmədov hazırda ağır mədə xərçəngindən əziyyət çəkir və Gülhanədə müalicə alır.

                                                                                                                                          

 Əntiqə Rəşid