adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Sentyabr 2020 12:04
29955
ELM VƏ TƏHSİL
A- A+

Əzizə İsmayılova: Zay olan təhsil… Vay olan təhsil… 

Şokdayam, toba.Yazıblar ki, “Xəzər Universiteti – Turizm işinin təşkili (tədris ingilis dilində) – dövlət sifarişli – keçid balı 68 bal!” 168 bal yox haaa, 68 bal. BDU – Beynəlxalq Münasibətlər – dövlət sifarişli – keçid balı – 283 bal ADMİU – Turizm işinin təşkili – dövlət sifarişli – keçid balı 207 bal BDU – Turizm işinin təşkili – dövlət sifarişli – keçid balı 390 baldan 252 bala endi.Doğrudan belədirsə, o zaman əladır!. Sonra da deyirsiniz bizdə təhsil yoxdur. Daha niyə imtahan həyəcanı zad yaşatmışdılar uşaqlara? Elə qapını açaydılar ki, “gəlin, oturun özünüzçün, balalar”. Biz də hələ 2000-ci ildə 465 balla Universitet tələbəsi olmuşam deməyə çəkinirdik ki, camaat 600-700 bal yığır. 465 bal nədaaa?Bir sözlə, hazırlaşın, 5-6 ildən sonra qarşımızda inanılmaz parlaq bir gələcək görünür. Əsl gələcək 5-6 ildən sonra başımıza gələcək. Onların yetişdirəcəyi gələcəyə isə onsuz ömrümüz yetməyəcək.