adalet.az header logo
  • Bakı 18°C
25 Sentyabr 2020 10:41
19033
DÜNYA
A- A+

Lavrov Almaniyanı şantaj edir

" Şimal axını -2"-nın tikintisi başa çatdırılacaqmı?

"Şimal axını-2" lahiyəsinin tikintisinin başa çatdırılması Almaniya Fedarativ Respublikasının şərəf məsələsidir "- deyə Rusiya XİN -nin rəhbəri Seqgey Lavrov bəyan edib. 2019-cu ilin dekabr ayından tikintisi dayandırılan qaz kəməri Kremli çətin siyasi-iqtisadi duruma salıb. Artıq demək olar ki, tikintinin 90 faizdən çoxu başa çatdırılıb. Lakin Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi, Krımın işğal olunması ilə əlaqədar, ABŞ-ın birbaşa təyziqi ilə işlər dayandırılıb. Rəsmi Moskva əsasən Almaniyanı şantaj etməklə "Şimal axını-2" layihəsinin tikintisini bərpa etməyə çalışır. Kreml rəsmiləri bildirirlər ki, Birləşmiş Ştatlar Avropa İttifaqını, xüsusi ilə Almaniyanı aşağılamağa çalışır. " Birləşmiş Ştatlar rəsmi nümayəndələrinin diliylə Almaniyadan tələb edir ki, enerji təhlükəsizliyini təmin etməkdən imtina etsin və ABŞ -ın təklif etdiyi daha baha başa gələn Amerikanın sıxılmış qazını alsın. Mən şəxsi fikirimi bildirərək bəyan edirəm ki, bu məsələdə qərar vermək artıq Almaniyanın şərəf məsələsidir"- deyə Lavrov İranlı həmkarı Zəriflə danışıqlar zamanı bildirib. Bu günlərdə ABŞ-ın dövlət katibi Mayk Pompeo bəyan etmişdir ki, Vaşinqton "Şimal axını-2" layihəsinin tikintisinə mane olmaq üçün koalisiya yaradır və ümid edir ki, qaz kəmərinin çəkilişi davam etdirilməyəcək. Rusiya Elmlər Akademiyası Avropa İnstitutunun, Almaniya Araşdırmalar Mərkəzinin elmi işçisi Aleksandr Kamkin Sputnik radiosuna müsahibəsində Almaniyanın bu məsələni necə həll edə biləcək sualına cavab vermək istəyib: - " Belə deyək, Almaniyanın şərəfi çoxdan qızılları ilə birlikdə Birləşmiş Ştatların ərazisində saxlanılır. Bir tərəfdən vitse-kansler Olaf Şolts bəyan edir ki, "Şimal axını-2"-nın tikintisi başa çatdırılacaq. Digər tərəfdən isə biz, kansler Angelina Merkelin əks fikirlərini eşidirik. Almaniya demək olar ki, iki nişanlı arasında qalan gəlin kimi, bilmir hansına qoşulub qaçsın". "Şimsl axını-2" qaz kəməri, Rusiyanın dəniz sahillərindən Baltik dənizinin dibi ilə Almaniyaya qədər çəkilməlidir.

ABŞ əvvəldən bu layihənin həyata keçirilməsinin əleyhinə olub. Hətta Tramp Almaniyanın təhlükəsizliyinin qorunması üçün bu ölkədə yerləşən hərbi kontingentinin də bir hissəsini çıxarmaq barədə qərar verib. ABŞ prrezidenti açıq bəyan edib ki, bu layihə həyata keçərsə, Almaniya Rusiyaya iqtisadiyyatını gücləndirmək üçün milyardlarla dollar ödəyəcək. "Biz Almaniyanı Rusiyadan qoruyuruq, onlar isə Rusiyanın güclənməsinə kömək etmək istəyirlər"-deyə bəyan edərək, layihədə çalışan bütün Avropa şirkətlərinə embarqo qoylacağı ilə hədələdi. ABŞ - ın bu hədələrimdən sonra, artıq on aydır ki, "Şimal axını-2" qaz kəmərinin cəkilişi dayandırılıb.

Rüstəm Hacıyev