adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Sentyabr 2020 16:55
19671
GÜNDƏM
A- A+

Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının iclası keçirilib

Bu gün Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksiyansiya məsələlərinə həsr olumuş iclası keçirilib.

Adalet.az-ın məlumatına görə, iclasda TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, 18 sentyabr 2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. Sazişə görə, ÜST (Ümümdünya Səhiyyə Təşkilatı) tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvədlə təmin olunacaq. Çoxtərəfli platformalarda ölkələrin iştirakı məqsədilə, GAVI, CEPI və ÜST tərəfindən COVAX platforması yaradılıb. COVAX təşkilatı, geniş sayda peyvənd namizədlərini müxtəlif texnologiyalar vasitələrilə qiymətləndirərək təhlükəsiz COVID-19 peyvənd təkliflər portfelini istifadə etmə imkanı yaradan əvəzolunmaz mexanizmə malik sistemdir. COVAX platformasının əsas məqsədi COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanı yaratmaqdır.

R. Bayramlı deyib ki, sazişə əsasən, Azərbaycan əhalisinin 10 fiazə qədəri üçün peyəndin COVAX çərçivəsində alınması nəzərdə tutulub. Sazişə əsasən, vaksinin ümumi dəyərinin bir hissəsi, yəni 3 milyon 235 min 840 dollar avans məbləği şəkilində indi ödənilməlidir. Vaksinin tam təhlükəsizliyi ilə bağlı sınaqlar tam başa çatdıqdan sonra alacağımız vaksinin ödənişinin digər hissəsi ödənilməlidir. Hökumətin qərarına əsasən, bu ödəniş Koronavirusla Mübarizəyə Dəstək Fondundan ayrılmalıdır.

Daha sonra məsələ Fondun İctimai Nəzarət Şurasında müzakirə olunub və Şura üzvləri vəsaitin ayrılmasını dəsiəkləyiblər.