adalet.az header logo
  • Bakı 17°C
23 Sentyabr 2020 14:54
22061
DÜNYA
A- A+

ABŞ-ın Rusiya iqtisadiyatına zərbəsi bəhrəsini verməkdədi

Beynəlxalq gəmi daşıma sığorta qtupu, "Şimal axını-2"- nin tikintisində iştirak edən gəmilərin sığotalanmasından imtina edib. Bu isə o deməkdir ki, sualtı qaz kəmərinin çəkilişində iştirak edəcək gəmilərin tapılması işini çətinləşdirəcək.

Klubun üzvlərinə xəbərdarlıq edilib ki, hər hansı bir şirkət qadağanı pozarsa, həmin sığorta şirkətinə qarşı sanksiyalar tədbiq olunacaq.

"Turk Stream" ( Türk axını) qaz kəməri rəsmi olaraq 2020-ci ilin əvvəllərində istifadəyə verilib. "Şimal axını" kəmərinin isə tikintisinin başa çatdırılması üçün təxminən 6 faiz iş qalıb. Tikinti işləri ABŞ konqressinin tikintidə iştirak edən gəmiçilik şirkətlərinə qarşı sanksiyaların tədbiqini nəzərdə tutan PEESA qanununa görə 2019-cu ilin dekabr ayından dayandırılıb.

Daha əvvəllər ABŞ -ın dövlət katibi Mayk Pompeo "Şimal axını-2"-nin tikintisinin dayandırılması üçün koalisiya yaradılması təklifini irəli sürmüşdü. Onun sözlərinə görə, bu layihə Avropanı rus qazından asılı vəziyyətə salmaqla təhlükə yaradır.

Prezident Tramp da "Şimal axını-2"-nin əleyhinə çıxış edərək bildirib ki, "Almaniya bu layihə ilə bağlı müqavilə bağlayaraq Rusiyaya milyardlarla dollar ödəmək istəyir. Biz isə Almaniyanı məhz Rusiyadan qoruyuruq."

Görünən odur ki, ABŞ-ın Rusiya iqtisadiyyatına vurmaq istədiyi zərbə tədricən bəhrəsini verməkdədi.

 

Rüstəm Hacıyev