adalet.az header logo
  • Bakı 13°C
23 Sentyabr 2020 13:55
18515
DÜNYA
A- A+

Lukaşenkonun andiçmə mərasimi keçirilib

Aleksandr Lukaşenko Belarus prezidenti vəzifələrinin icrasına başlayıb.

Adalet.az-ın məlumatına görə, Minskdə Müstəqillik sarayında dövlət rəsmilərinin iştirakı ilə andiçmə mərasimi keçirilib.

Mərasimdə həmçinin ictimai, mədəniyyət, idman xadimləri iştirak edib.

Xatırladaq ki, Belarusda prezident seçkiləri avqustun 9-da keçirilib. A.Lukaşanko 80,1 faiz səs yığaraq 6-cı dəfə ölkə prezidenti seçilib.