adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Sentyabr 2020 12:30
34451
GÜNDƏM
A- A+

Müharibə olsunmu? Niyə? -  SORĞU

Son günlər müharibə mövzusu gündəmi zəbt edən əsas xətt kimi ictimaiyyətin bütün təbəqələrində geniş müzakirələrə səbəb olub. 

Adalet.az olaraq biz də vətəndaşlarımız arasında” Hansı halda  müharibə labüd görünür! Müharibə başlasınmı ? Niyə?”sorğusu apardıq və onların fikirlərini təqdim edirik:

 Qarabağ müharibəsi iştirakçısı Sevindik Məmmədov:- Muharibəsiz Qarabağ azad ola bilməz.

Keçmiş döyüşçü Rafiq Rzaoğlu:- Müharibə siyasi dialoqun, anlaşılmazlığın növbəti mərhələsidir. Baxmayaq ki, düşmən bizə haqsız olaraq, torpaq iddiası ilə "qanuni müharibə" deyil, yardımçılarının köməyi ilə terror etdi və müharibə qaydaları ilə deyil, məhz terror xarakterinə uyğun vəhşiliklər törətdilər. Siyasilərdən fərqli olaraq, bir döyüşçü kimi nə qədər acı və təhlükəli olmağına baxmayaraq qanuni müharibə istiyirəm. Çünki haylar, düşmənçiliyi də adam kimi etmədilər, qırmızı xətdi keçdilər və özləri də qanmadan bizi qisasa təhriketdilər. Yaralanaraq əsir düşmüş yoldaşımızın yarasını sıxaraq, rabitə vastəsilə səsini bizə eşitdirmələri hay vəhşiliyini necə unutmaq olar?

Ağdamdan məcburi köçkün, əsgər anası Gültəkin İbrahimova:-  Mənim də oğlum beş il Daşkəsəndə kəşfiyyat komandiri olub. Hazırda ehtiyatdadir.. Düzdür, hec bir ana göz yaşı tökmək istəməz. Ancaq bala şirin olduğu kimi vətən də şirindi. Mənliyi tapdalanan bir xalq bu gün hər şeydən kecmək istəyir. Təki BƏTƏN sağ olsun!Şəhid qani yerdə qalmasin.

Vüsal Rzazadə:- "Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam" deyə bilmək üçün, kişi kimi başıdik gəzə bilmək üçün, qeyrətimizi bərpa eləmək üçün olmalıdır!

Əli Azadlı:- Muharibe olsun! 210 illik intiqamı almaq istəyirik! Torpaqlarımız başda olmaqla muharibə olmasını  hamı istəyir..Şəhidlərimiz çox olacaq, Vətən sağ olsun. O,  torpaqlar bizi gözləyir...

Şəhid ailəsi Ceyran Əzizova (Xocalıdan): Müharibə əvvəl axır olacaq. Əzilə- əzilə yaşamaq olmaz. Balam gözüm, nəfəsim, ürəyimdir. Kaş mən gedəydim onun yerinə döyüşə... amma vətən torpagı azad olmalıdır! Bunun ikinci yolu yoxdur!

 Məcburi köçkün Sevinc Nəzərli:- Zəbt olunmuş torpaqları qaytarmaq üçün beynəlxalq təşkilatlar özləri 30 ildir ciddi bir tədbir görmədiyinə görə, Ermənistanın beynəlxalq təşkilatların çıxardığı qərar və rəylərinə əməl etmədiyinə görə, güc tətbiq olunmalıdır. Savaşla həll olunmalıdır.

Laçından məcburi köçkün Toğrul Əsədov:- Müharibə olmalıdır! 28 illik vətən həsrəti,  qız –gəlinlərimizin,  Xocalının qisası mütləq mühariə yolu ilə alınmalıdır! Erməni müharibəyə hazırlaşır!  Gələcəyi varsa, görəcəyi də var! Gün Muharibə günüdü!

 

Ağdamdan məcburi köçkün Rəsmiyyə Qarayeva:- Olması vacib və zəruridir. Müharibə fəlakətləri ilə bərabər millətin özgüvənini, qürurunu, şərəfini bərpa edir. Amma “məmurların uşağı da getsin, yoxsa heç kim savaşa getməyəcək” kimi ifadələr bizi aşağılayır. Onlar heç bir zaman müharibəyə getmiyəcək. Nə edək, məmur oğlu müharibəyə getmiyəcək deyə, düşmənlə savaşmayaqmı? Yağının ayağı altında əzilən yurdumuzu azad etməyəkmi?

Cəbrayıl rayonundan məcburi köçkün Sahil Əhmədli:- Mən Azərbaycan vətəndaşı olaraq bu müharibənin başlamasını ürəkdən istəyirəm. Mən dava xoşlamıram, sadəcə olaraq ermənilər sülhü xoşlamırlar.

Ağdamdan məcburi köçkün Dürdanə Şirinova:- Amma indi dünyanın ikili standartı ortada. Ermənilərin ərköyünləşməsi tutarlı cavab istəyir. Ona görədə müharibə qaçılmazdır.

 Pərvanə İsgəndərova:- Qarabağı da İrəvanın aqibətinə salmamaq üçün müharibə olsun. Qarabağla da həmsərhəd olmamaq üçün müharibə olsun.

Şəhidlərimiz rahat uyusun deyə müharibə olsun. Qazilərimiz "nahaq döyüşüb, əlil olduq" - fikrinə düşməsinlər deyə müharibə olsun!

 Sonda  bu vətənin övladı olaraq mənimdə öz fikrim var:- Mən hər gecə yuxularımda tin-tin, məhlə-məhlə, aralıq-aralıq gəzdiyim kəndimizi istəyirəm, mən 27 ildi darvazasından icəri girə bilmədiyim evimizi istəyirəm, Mən güllü-cicəkli, barlı -bəhərli bağımızı istəyirəm! Mən qərib rayonlarda, qərib kəndlərdə zavallı köçkün kimi ölmək istəmirəm! Mən müharibə istəyirəm!

 

Əntiqə Rəşid