adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Sentyabr 2020 12:09
15056
MƏMLƏKƏT
A- A+

Azərbaycanda övladlığa verilən uşaqlardan neçəsi geri qaytarılıb? - AÇIQLAMA

Bu gün müəssisələrdə valideyn himayəsindən məhrum olunmuş sağlamlıq imkanları məhdud uşaqların sayı 300 nəfərdir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində “Sosial Saat” verilişi zamanı Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib.

Onun sözlərinə görə, həmin uşaqların hamısı övladlığa verilmə üçün təklif edilmir:

“Onların bir neçəsi övladlığa verilə bilər. Qalan sağlamlıq imkanları məhdud uşaqların valideynləri var. Onların imkanları olmadığı üçün uşaqlar Bakıda reabilitasiya mərkəzlərinə verilib”.

C.Şahmalıyev bildirib ki, əvvəlki illərdə 40-60 arası övladlığa götürülən uşaq geri qaytarılıb:

“Hazırda isə belə hal müşahidə edilmir”.