adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Sentyabr 2020 12:04
42815
HÜQUQ
A- A+

XİN-in həbsdə olan sabiq idarə rəisi ev dustaqlığına buraxıldı

Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı həbs edilən, Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin sabiq rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb.

Trend-in məlumatına görə, bu barədə "Elektron məhkəmə" portalında məlumat verilib.

Məlumata görə, sentyabrın 22-də Səbail rayon məhkəməsində hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatətə baxılsa da, təxirə salınıb. Daha sonra vəsatət təmin edilib və Faiq Bağırov ev dustaqlığına buraxılıb.

F.Bağırov Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham edilir.

F. Bağırov iyulun 7-də DTX-nın Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlıanılıb. İyulun 9-da onun barəsəində məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.