adalet.az header logo
  • Bakı 18°C
23 Sentyabr 2020 11:20
38059
ANALİZ
A- A+

Aysel Əlizadə: Qadınlar öldürülməsin...

Xoş gün arzulamaq istəyirəm. İstəyirəm... Amma bir ölkədə hər gün qadın intiharı, qadın zorakılığı eşidərək günə başlamaq necə xoş ola bilər, anlamıram, düzü.

Əziz kişilər! Biz danışanda, biz yazanda qərəzli sayırlar, elə düşünürlər ki, özəl problemlərimizlə bağlıdı. Ağlı başında olan hər kəs bilir, axı, belə deyil. Qadın soyqırımı baş verir və bu, özəl deyil, hamımız üçün problemdi. Qızlarımız böyüyür, uşaqlarımız böyüyür bu cəmiyyətdə. Siz bizim dirənişimizə qoşulmasaz, öz həmcinslərinizi qınamasaz, “nə qədər ətək güdmək olar, nə qədər qadın döyüb öldürmək olar, nə qədər qadın şantaj etmək olar” deməsəz, bu soyqırım dayanmayacaq.

Əziz kişilər! Öz həmcinslərinizə müraciətlər edin, onları qadınlara qarşı etdikləri vəhşiliklərə görə qınayın, ciddi mövqe qoyun ortaya. Sizin dəstəyinizə gərək var. Susub izləyici olmayın, lütfən. BMT Her For She hərəkatına ona görə başladı ki, bu problemin həllində kişilərin dəstəyinin də önəmli olduğunu gördü. Qoşulun bizə. Qadınlar incidilməsin. Qadınlar öldürülməsin...

Digər Xəbərlər