adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Sentyabr 2020 10:36
30718
ANALİZ
A- A+

ABŞ PREZİDENTİ BMT BAŞ ASSAMBLEYASINA MÜRACİƏT ETDİ

Tramp Qarabağ məsələsindən yenə yan keçdi

Donald Tramp BMT Baş Assableyasında canlı auditoriya qarşısında çıxış etmək istəyirdi. Lakin koronavirus pandemiyası ilə əlaqədar onun müraciəti video formatda yayımlandı. ABŞ prezidentinin BMT-yə müraciəti pandemiya ilə əlaqədar Çinlə münasibətlərinin gərginləşməsi, Şimali Koreya və İrandan gələn təhlükə, yeni seçkilərin yaratdığı gərginlik fonunda baş tutub.

Bir gün əvvəl prezident Tramp jurnalistlərə bildirib ki, onun çıxışı Çinə ciddi xəbərdarlıq olacaq. Onun administrasıyası Çin kommunust partiyasını COVİD-19-a reaksiyasını, xarici ölkələrin seçkilərinə müdaxiləsi ABŞ-da apardığı cəsusluq hərəkətlərini və dünyaya öz hökmünü nümayiş etdirməsini tənqid edib.

Çin virusun yayılmağa başladığı ilk günlərdən öz ölkəsiərazisində gediş-gəlişi qadağan etsə də,dünyanı yoluxdurmaq üçün başqa ölkələrə uçuşlara icazə verdi.Çin hökuməti faktiki nəzarətində saxladığı Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə, bütün dünyanı aldadaraq, virusun insandan-insana keçmədiyini bidirdilər... Daha sonra onlar yenə yalandan bəyan etdilər ki, simptomlar xəstəlik yaymır.*

*Bütün bu yalanlara görə BMT Çini bu hərəkətlərinə görə məsuliyyətə cəlb etməlidir*-deyə Tramp bildirib.

*İkinci Dünya müharibəsindən otən 75 ildən sonra biz yenidən qlobal mübarizə qarşısındayıq. Biz gözəgörünməz düşmən – 188 ölkədə sayı bilinməyən miqdarda insan həyatına son qoyan Çin virusuna qarşı qızğın mübarizə aparırıq. ABŞ-da İkinci Dünya müharibəsindən sonra, ilk dəfə olaraq aqressiv səfərbərlik aparmaq məcburiyyətində qaldıq. Biz peyvəndi tapdıq, virusa qalib gələcəyik və bütün dünyanı xilas edərək, pandemiyaya son qoyacağıq. Bütün dünyanın həmrıyliyi və işıqlı gələcəyi naminə yeni eraya qədəm qoymağa nail olacağıq*- deyə Tramp cıxışında bidirib.

Birləşmiş Statların prezidenti əkologiya problemlərinə toxunarkən də, Çini ətraf mühiti çirkləndirməkdə künahlandıraraq, buna dözməyəcəklərini vurğulayıb. O, çıxışında İsrailə Ərəb Əmirlikləri və Bəhreyn arasında razılaşma əldə edilməsində ABŞ-ın rolunu yüksək qiymətləndirib: * Biz onillərdi Yaxın Şərqdə həll olunmamış qalan məsələ ilə bağlı iki mühüm razılaşma əldə edilməsinə nail olduq*.

Donald Tramp müraciətində qeyd edib ki, Amerikanın çiçəklənməsi –bütün dünyada sülhün və təhlükəsizliyin təminatına zəmin yaradır. İrana qarşı sanksiyaların bərpa olunmasına münasibət bildirərkən isə, o, Təhlükəsizlik Şurasının digər üzvlərinin etrazına baxmayaraq, terrorçuluğa dəstək verən İrana qarşı daha ciddi sanksiyaların tədbiq olunacağını bidirib.

Prezident yaxın üç il ərzində ABŞ-ın tarixində ən yüksək iqtisadi nailiyyətlər əldə edildiyini qeyd edərək, bu illər ərzində hərbi məqsədlər üçün 2.5 milyard dollar vəsait xərcləndiyini bildirib.

İrana qarşı sanksiyaların şərtləşdirilməsi məsələsini şəhr edərkən, Tramp Təhlükəsizlik Şurasənən digər üzvülərinin etirazəna baxmayaraq, İranən nüvə proqramı ilə bağlı müqavilədən çıxdıqlarını və terrorçuluğa dəstək verən bu ölkəyə qarşı sanksiyaları bərpa etdiklərini bildirib. O, həmçinin müraciətində, Əfqanıstanda müharibəyə son qoyulmasına çalışdıqlarını və bu ilin noyabr ayına kimi bu ölkədəki hərbi qüvvələrinin sayını 4500 nəfərədək azaldılacağını bəyan edib.

Ümumilikdə BMT-nin fəaliyyətinə şəhr verən Tramp deyib: “ BMT effektiv təşkilat kimi fəaliyyət göstərməsi üçün, dünyanın real problemlərinə diqqət yetirməlidir. Bunlar terrorçuluq, qadınların istismar olunması, narkotik ticarəti, insan alveri, dini baxışlara görə təqib olunma və etnik təmizləmə problemləridi.

ABŞ prezidenti çıxışı zamanı demək olar ki, dünyada mövcud olan bütün problemlərə toxundu, amma nədənsə 28 ildi Azərbaycan torpaqlarının erməni-rus hərbi quldurları tərəfindən işğal olunması, milyonlarla insanın elementar hüquqlarının pozulması, elə müraciət etdiyi BMT-nin işğalla baxlı qəbul etdiyi dörd Qətnamənin bu günədək icra olunmaması barədə bir kəlmə də danışmadı. Bindan sonra Donald Trampın BMT Baş Assambleyasına müraciətinin səmimiliyinə necə inanmaq olar?

Donald Tramp hansısa dövlətləri terrorizmə dəstək verməkdə günahlandırır. Bəs on illərdi Yaxın Şərqdə PKK , “Əl-Qaidə” kimi terror təşkilatlarına milyardlarla dollarlıq silah- sursat verən, bu reqionda sülhə nail olmağın qarşısını alan ABŞ, Fransa, Almaniya ,Rusiya və s. dövlətlərin niyə adlarını çəkmir?

Hazırladı: Rüstəm Hacıyev

Digər Xəbərlər