adalet.az header logo
  • Bakı 13°C
23 Sentyabr 2020 09:26
13552
GÜNDƏM
A- A+

Ümrə ziyarətləri mərhələli şəkildə başlayır: Tarix bəlli oldu

Səudiyyə Ərəbistanı koronavirus tədbirləri çərçivəsində təqribən altı aydır dayandırılan ümrə ziyarətlərini oktyabrın 4-dən etibarən mərhələli olaraq başladacaq.

Bu barədə “HaberGlobal” xəbər yayıb.

Məlumata görə, bərpa prosesi dörd mərhələdə həyata keçiriləcək.

İlk mərhələdə Səudiyyə Ərəbistanında yaşayanlara (təqribən altı min nəfərə) ziyarət üçün icazə veriləcək.