adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Sentyabr 2020 23:40
26714
İDMAN
A- A+

Rakitiç millidəki karyerasını başa vurdu

“Sevilya”nın futbolçusu İvan Rakitiç Xorvatiya millisindəki karyerasını başa vurub.

Qol.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyasının rəsmi "Tvitter" səhifəsi məlumat yayıb.

Qeyd edək ki, Rakitiç 2007-ci ildən dəvət olunduğu Xorvatiya yığmasının heyətində 106 matça çıxıb və 15 qol vurub. 32 yaşlı yarımmüdafiəçi milli komanda ilə 2018-ci il dünya çempionatının gümüş mükafatçısı olub.