adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Sentyabr 2020 21:05
17714
GÜNDƏM
A- A+

Bakıda Qazaxıstanın Ticarət Evi açılacaq

Bakıda Qazaxıstanın Ticarət Evi qeydiyyatdan keçirilib.

Trend-in məlumatına görə, bunu Ticarət Evinin direktoru Rüfət Rzayev deyib.

O bildirib ki, Ticarət Evinin yaradılması fikri Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimovla görüş zamanı ortaya çıxıb:

“Qazaxıstan və Azərbaycan iqtisadi münasibətlərinin böyük potensialı var. Bundan başqa, Nur-Sultanda artıq Azərbaycan Ticarət Evi fəaliyyət göstərir”.

R.Rzayevin sözlərinə görə, Ticarət Evinin fəaliyyətinin ik dövrlərində Azərbaycan bazarı üçün Qazaxıstanın qida və kənd təsərrüfatı məhsullarını, istehlak mallarını, sonrakı mərhələdə isə yüngül və tekstil sənayesinin məhsulları nümayiş etdiriləcək.