adalet.az header logo
  • Bakı 12°C
21 Sentyabr 2020 19:46
25129
MƏMLƏKƏT
A- A+

Bakı-Naxçıvan-Bakı reyslərinin sayı artırılır

Sentyabrın 26-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını həftədə 21 reysədək artırır.

Bununla bağlı “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.

Bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı artıq növbəlilik prinsipi əsasında həyata keçiriləcək.

Bakıdan Naxçıvana uçuşlar üçün: • https://help.azal.az/hc/ru/requests/new?ticket_form_id=360000853919
• “WhatsApp”: +99455 204 65 54.

Naxçıvandan Bakıya uçuşlar üçün: • https://help.azal.az/hc/ru/requests/new?ticket_form_id=360000886220
• “WhatsApp”: +99460 487 30 11

Müraciət etdikdə sərnişinlər şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər.

Aviaşirkət onlayn forma və “WhatsApp” vasitəsilə eyni vaxtda müraciət etməməyinizi xahiş edir. Bu, yalnız onlayn növbələrin artmasına və çağrı mərkəzi əməkdaşları tərəfindən sorğularınızın gec cavablandırılmasına səbəb olacaq.

Eyni zamanda sərnişinlərin diqqətinə çatdırırıq ki, qeyd olunan istiqamət üzrə aviabiletlərin əldə olunması ilə bağlı aviaşirkətin çağrı mərkəzinə zəng vasitəsilə edilən müraciətlər qəbul edilmir.