adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Sentyabr 2020 12:13
58009
ŞOU-BİZNES
A- A+

Şou-biznesdə ayrılıqlar, boşanmalar: Üç uşaqlı anaların növbəti toy şənliyi...

Ötən həftə həm Azərbaycan, həm də xarici şou-biznes aləmi ayrılıqlar, boşanmalar və yeni evliliklərlə çalxalandı.

Adalet.az xəbər verir ki. həftəyə damğasını Azərbaycan şou-biznesinin nümayəndəsi müğənni Damla ikinci dəfə sürpriz şəkildə ailə həyatı qurub.

Soruşsanız ki, Damlanı kim aldı, deyərik ki, sənətçi prodüseri Şamillə nikaha daxil olub. Daha sonra cütlük İstanbula bal ayına yollanıblar.

İfaçı və Şamilin sosial mediada eyni gün etdikləri paylaşım da diqqət çəkib. Həyat yoldaşı ilə fotosunu paylaşan Damla şəkilə “dəyərli insan” rəyini yazıb, Şamil isə fotonu şərhsiz buraxıb.

 

Ötən həftə hamının sosial şəbəkələrdə maraqla izlədiyi məşhur türkiyəli cütlükBiran Damla Yılmaz və İlker Kalelinin eşq macərası sona çatıb. Aktyor İlker Kaleli özündən 13 yaş kiçik sevgilisi, aktrisa Biran Damla Yılmazla bir neçə ay əvvəl sevgili olduğunu açıqlamışdı.Bunlarda niyə ayrılsa yaxşıdır??? Həə, Biran Damla İlkerlə baxış bucaqlarının fərqli olduğunu açıqlayaraq, ayrıldıqlarını təsdiqləyib.

“Beni Böyle Sev” serialında Kərəm Güney rolu ilə tanınan Türkiyəli aktyor Atılqan Gümüş 16 illik həyat yoldaşı Verda Gümüşdən boşanıb.

Cütlüyün boşanması haqqında qərarİstanbul Ailə Məhkəməsində verilib. Cütlük boşanarkən qarşılıqlı razılaşmaya imza atıb. Anlaşmaya əsasən, cütlüyün 15 yaşlı övladı anası ilə qalacaq, aktyor bunun üçün 4 500 lirə (təxminən 1000 AZN - red.) aliment ödəyəcək.Məhkəmə prosesi 15 dəqiqə davam edib. Cütlüyün boşanma səbəbi açıqlanmayıb.

Ukraynalı müğənni Anna Sedokova siyahısını genişləndirmək fikrindədir. O da ötən həftə növbəti dəfə ailə həyatı qurub. Bu barədə müğənni özü sosial media hesabında açıqlama verib. Anna bildirib ki,latviyalı basketbolçu Yannis Tim ilə gizlicə nikaha girib. Hətta müğənninin valideynləri belə onun ailə qurmasını sonradan öyrəniblər. Pah atonna, guya valideynləri bilsəymiş nə olacaqmış, qızlarının üçüncü dəfə ailə həyatı qurmasına etirazmı edəcəklər? Yeri gəlmişkən, üç uşaq anası olan Annanın 37, yeni seçiminin isə 27 yaşı var.

Ukraynalı müğənni Anna Sedakova üç dəfə ailə qursun, Rusiyalı model Natalya Vodyanova qalsın? Heç elə iş olar? Natalya da fransız iş adamı, planetin varlı ailələrindən birinin nümayəndəsi Antuan Arno ilə ailə həyatı qurub. Haqq üçün deyək ki, Vodyanovanın birinci həyat yoldaşı britaniyalı aristokrat Castin Trevor Berkli Portman olub. Onların bu nikahdan üç övladı dünyaya gəlib. Bəli, heç nə gec deyil.

Evlənənlərin, boşananların bu vurhavur vaxtında ifaçı Dilarə Kazımova kefimizi pozur. Soruşun niyə? Deməli ARB TV-nin “Ayaqüstü” rubrikasının qonağı olan ifaçı Dilarə Kazımova aparıcının suallarına maraqlı cavablar verib, verib. Qəflətən aparıcı ona ərə getməklə bağlı planı olub-olmadığını soruşub. Dilarə də cavab verib ki, pandemiyadan sonra həyatı daha çox sevməyə başlayıb. Əgər qarşısına sevəcəyi bir insan çıxsa əlbəttə ki, dünyaya övlad gətirmək istəyər.

Baxıram, Dilarə Kazımovanın ağbirçək öyüdünə ehtiyacı var: A qızım, əvvəlcə ər tap, ərə get, sonra dünyaya uşaq gətirmək xəyalına düş də….O məşhur filmdə deyildiyiyi kimi: Ehhh, sən də ay Dilarə bajı…

Xəbərin ən maraqlısını bizdən oxuyun əziz oxucular!

Əntiqə Rəşid